“Sumqayıt”da 7 itki
Futbolpress.azŞahin Cəfərov


“Sumqayıt” Misli Premyer Liqasının XII turunda bu gün “Sabah”la qarşılaşacaq.
Futbolpress.az-ın məlumatına görə, “kimyaçılar” görüşə ciddi itkilərlə çıxacaq. Komandanın heyətində Jeam Oliveyra, Höccət Haqverdi və Səbuhi Abdullazadə zədə səbəbindən matçı buraxacaq.
U-20 yığmasının düşərgəsində olan Nadir Orucov, Vüsal Paşayev, Nihad Əhmədzadə və Aftandil Arixov bugünkü oyunda iştirak etməyəcək.
“Sumqayıt” – “Sabah” matçına 19:00-da start veriləcək.
1 mənbə