“Real Madrid” futbolçusunun müqaviləsinə 1 milyard avroluq bənd əlavə edir


BAKI, 20 noyabr. TELEQRAF
İspaniyanın “Real Madrid” klubu Federiko Valverdenin müqaviləsini yeniləyəcək.
Teleqraf xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Madrid klubu uruqvaylı yarımmüdafiəçi ilə 2031-ci ilin ortalarına qədər qüvvədə olacaq yeni uzunmüddətli müqavilə imzalayacaq.
Sözləşmədə futbolçunun mümkün transferi üçün 1 milyard avro məbləğində sərbəstqalma bəndi nəzərdə tutulacaq.
Qeyd edək ki, Valverdenin hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. O, 2018-ci ildən “Real”ın əsas komandasında çıxış edir.
26 yaşlı futbolçu 2026/2027 mövsümündə 15 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
1 mənbə
