Premyer Liqada çıxış etməyə həvəs göstərənlərə baxın - CANLI YAYIM


Bu gün I Liqada səkkizinci tura yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, son iyun günündə 2 qarşılaşma keçiriləcək.
“Şimal” Şamaxıda “Zaqatala”nı qəbul edəcəksə, Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparan iki komanda Binədə üz-üzə gələcək.
“Şahdağ“ burada “Gəncəbasar“ı “dişinə vuracaq“. Qusar təmsilçisi turnir cədvəlində ən yaxın izləyicisini üstləyərsə, zirvədə yerini bir qədər də möhkəmləndirəcək.
“Şahdağ Qusar” – “Gəncəbasar” Hakimlər: Kamal Umudlu, Rəhman Aslanov, Asif Abdullayev, Maqsud Şamıyev Hakim-inspektor: Şahin Cəfərov AFFA nümayəndəsi: Eldəniz Musayev Binə qəsəbə stadionu, 14:00
“Şimal” – “Zaqatala” Hakimlər: İslam Məmmədov, Zakir Şükürzadə, Elman Kərimov, Mahmud Bağırzadə Hakim-inspektor: Ceyhun Haşımov AFFA nümayəndəsi: İlham Əliyev Şamaxı OİK stadionu, 14:00
