Sülh üçün Konstitusiya dəyişməlidir – Simonyan


Azərbaycanla sülh müqaviləsi Ermənistan Konstitusiyasına dəyişiklik edildikdən sonra imzalanacaq.
Axar.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib.
O bildirib ki, yeni Konstitusiyanın qəbul edilməsi zərurəti təkcə Bakı ilə sülh gündəliyindən deyil, həm də mövcud reallıqlardan irəli gəlir:
“1990-cı illərdə qəbul edilmiş Konstitusiya ilə bugünkü reallıqlar, hazırkı geosiyasi vəziyyət tamamilə fərqlidir. Beş il əvvəlki Ermənistanla indiki Ermənistan eyni deyil”.