SON DƏQİQƏ: Eşqi Bağırov Abşeron-Xızı Regional Təhsil İdarəsinə sabiq naziri rəhbər gətirdi


Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə İlhamə Abdullayeva Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsindən azad edilərək Təhsil Agentliyinin şöbə müdiri təyin olunub.
Gündəm24.az xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə isə Naxçıvan Muxtar Respublikasının sabiq təhsil naziri Elxan Nəcəfov təyin edilib.
Yaxın günlərdə hər iki şəxs yeni vəzifələrinin icrasına başlayacaq.\Denmedia.az
Dərc vaxtına görə