SOCAR Nəqliyyatn idarəsində direktor işçini döydü, döyülənə iş açdılar - "Deyəsən az döyüldüyünə görə..." FOTO


Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu maddə 7.13. Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır.Cəzasızlar!! Araşdırılmasına ciddi ehtiyac duyulur!SOCAR Nəqliyyatn idarəsinin 2 saylı Nəqliyyat Departamentində sürücü işləyən Sadiq Babayev 25.08.2026-ci il tarixində başqa iki iş yoldaş ilə birlikdə 2 saylı Texnoloji Nəqliyyat Departamentinin (TND) direktoru R.Əhmədovun qəbulunda olan zaman, işlə əlaqədar mübahisə zəminində Əhmədov Rövşən tərəfindən fiziki zorakılığa məruz qaldığını, döyüldüyünü bildirir.:-Belə ki, İPhone telefonun başıma atdı başımdan xəsarət aldım , 2 dənə yumruqla sağ çiynimdən vurdu, aşağı pilləkənin ayağında idarənin girişində yuxarıdan . başıma vurdu, həmin hadisəni çöldə 3 kamera çəkib. 102 -ə zəng etdim.gəldi, Nizami rayon 23 -cü polis bölməsinə getdim şikayət yazdım .Araşdırma zamanı R.Əhmədovun xeyrinə yalan ifadə verən, : (altı) işçi də tapıldıi . Rəhbərlik tərəfindən göndərdiyim şikayət ərizəsinə SOCAR-ın Rəhbərliyi Tərəfindən yox, nəqliyyatın baş idarəsindən cavab gəldi ki sizinlə bağlı 23 cü polis bölməsində haqqınızda 510 maddəyə əsasən xırda xuliqanlıq işi açılıb .??!!! Xəsarət alan mən 102 yə yığan mən, ekspertdən keçən mən, cəzalandırılan da mən????? Əhmədov Rövşənin inzibati işi isə bağlanıb!??Bugünə kimi də Cənab Ali baş komandandan tutmuş Dövlət Əmək Müfəttişliyi Xidmətinə kimi şikayət etmişəm .Lakin bu şəxs rəhbər olduğu üçün öz gücündən istifadə edib, işçisini əzib hüquqlarını tapdalayıb keçir, üzümə adam dirğuzdular, şahid ki guya mən onu vurmuşam. stolu vurum qirmışam. Mən hər yerdə izahatımda da idarədə olan kameraların araşdırılmağın tələb etsəm də məhəl qoyan olmadı.O şəxs mənə idarənin girişində pilləkənlərin ayağında da yumruq zərbələri vurub ,lakin bunu araşdırmadılar işi inzibati bağlamaq üçün özləri necə istədilər belə də düz qoş etdilər. Mənim xəsarətlərim idarənin kameralarında öz əksini tapır İnanın Allaha and içirəm . Adamın adamı olmayanda əzərlər ?Mənim valideyinim əmim gedib belələrinə görə Vətən uğrunda canından keçib ki onun övladları bugün cəmiyyət içində vurula alçaldıla əzilə?Sonda: Kameralar niyə yoxlanılmadı?Mirvari GahramanliTEREF
Dərc vaxtına görə
Realnews.azoxuduğunuz
SOCAR Nəqliyyatn idarəsində direktor işçini döydü, döyülənə iş açdılar - "Deyəsən az döyüldüyünə görə..." FOTO