Smorodskaya: "Batrakov "Qalatasaray"da istisna istedaddır"


Keçmiş "Lokomotiv" prezidenti Olqa Smorodskaya Aleksey Batrakovun "Qalatasaray"dakı çıxışını dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, Smorodskaya Batrakov ətrafında yaranan səs-küyün ona təsir etmədiyini bildirib və onun yaşına baxmayaraq bu vəziyyətin təsirli olduğunu qeyd edib. O vurğulayıb ki, Batrakov qısa müddətdə "Qalatasaray" üçün vacib oyunçuya çevrilib və klubda onu sözün əsl mənasında çox sevirlər. Smorodskaya əlavə edib: "O, dilini, mədəniyyəti və digər xüsusiyyətləri bilmədən belə orada özünü əla hiss edir. Onu tərifləməyə tam əsas var və ətrafındakı ajiotaj tamamilə haqlıdır. O, istisna istedaddır".
