Siuridze: “Gürcü arzusu” real təhlükələr yaradır və suallardan yayınır –


10:37 Siyasət
Olaylar.az xəbər verir ki, "Lelo - Güclü Gürcüstan" partiyasının liderlərindən biri Georgi Siuridze jurnalistlərə açıqlamasında bildirib ki, hakim "Gürcü arzusu" partiyasının yayına bilməyəcəyi suallar var və heç bir prosedur hiyləsi onlara kömək etməyəcək.
Onun sözlərinə görə, iclasda iddia ilə heç bir əlaqəsi olmayan, bütün partiyalara ünvanlanan hipotetik və ağlasığmaz suallar səsləndirilib. Siuridze bu fərziyyələrin Rusiya xüsusi xidmət orqanları tərəfindən hazırlana biləcəyini vurğulayıb - məsələn, ərazi bütövlüyü və işğal olunmuş ərazilərin qaytarılması məsələsinin Avropa İttifaqı və NATO-ya inteqrasiyaya qarşı qoyulması kimi. O qeyd edib ki, Abxaziya və Tsxinvali bölgəsinin Gürcüstanın ayrılmaz hissəsi olması ilə bağlı fərqli fikirdə olan vətənpərvər gürcü təsəvvür etmir.
Siyasətçinin fikrincə, bu suallar müəyyən məqsəd güdürdü, bir oyun təsiri bağışlayırdı, lakin arxasında ciddi təhlükələr, o cümlədən "Gürcü arzusu"nun diktatura qurmaq və ölkəni yenidən Rusiya orbitinə qaytarmaq niyyəti dayanır. Siuridze əlavə edib ki, qarşıdakı günlərdə proseslərin necə inkişaf edəcəyi görünəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31