Şirer: "Konsa "Arsenal"da on ildir oynayırmış kimi təsir bağışlayır"


İngiltərə millisinin sabiq hücumçusu Alan Şirer "Arsenal"ın müdafiəçisi Ezri Konsanı Premyer Liqanın cari mövsümünün ən yaxşı oyunçusu adlandırıb.
Offsideplus.az xəbər verir ki, o, Konsanın yay transfer pəncərəsində "Aston Villa"dan "Arsenal"a keçdiyini xatırladıb və onun London klubunda artıq illərdir çıxış edirmiş kimi təsir bağışladığını bildirib.
"Düşünürəm ki, hazırda Premyer Liqada mövsümün ən yaxşı oyunçusu Ezri Konsadır. "Arsenal"ın və Konsanın oyununa baxanda, demək olar ki, Uilyam Salibanın yoxluğundan danışmırıq. Onu yalnız son iki həftədə xatırladılar, hamı əsas heyətə necə qayıdacağını soruşmağa başladı, çünki Konsa o qədər yaxşı çıxış edir. Saliba sağalandan sonra nə baş verəcək? Konsa müdafiə xəttinə tam uyğunlaşıb və sanki burada on ildir oynayır. O, sanki hərəkətsiz bir qayadır – öz yerini tutub və komandada möhkəmlənib. Dominantdır, aqressiv oynayır və "Arsenal"ın formasını uzun illərdir geyinir kimi görünür. Elə bil, məhz burada olmalıdır. Amma Salibanı da unutmaq olmaz, zədələnənə qədər necə oynadığını xatırlamaq lazımdır. Bu, bir problemdir, amma düşünürəm ki, Mikel Arteta belə seçimə görə sevinməlidir: onun heyətində əsas yerə iddialı iki yüksək səviyyəli mərkəz müdafiəçisi var. Bu, yaxşı vəziyyətdir. Fikrimcə, bəzən Konsanı sağ müdafiəçi mövqeyində də görə bilərik", – deyə Şirer Betfair-ə müsahibəsində vurğulayıb.
Cari Premyer Liqa mövsümündə Konsa 9 oyunda iştirak edib və 1 qol vurub.
1 mənbə
