Simonyanla Qriqoryan arasında qarşıdurma: Son 8 ildə nə iş görürdün?


Yeni Konstitusiyanın gündəliyində AB üzvlüyü arzularının təsbit edilməsi məsələsi daxil deyil, hazırda buna ehtiyacımız yoxdur.
Publika.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan İctimai Televiziyaya verdiyi müsahibədə bildirib.
Simonyandan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryan fikirləri haqqında nə düşündüyü də soruşulub.
Qriqoryan daha əvvəl bildirmişdi ki, Qərbə nə qədər yaxınlaşmağa çalışsaq, bir o qədər də Moskvanın qucağında oluruq. O, 2013-cü ili misal gətirib. O zaman Aİ ilə Assosiasiya Sazişi üzrə danışıqlar aparan Serj Sarkisyanın bir gecədə fikrini dəyişməsi və Ermənistanın Gömrük İttifaqına qoşulması baş verdi.
Simonyan belə cavab verib: "Mən onun mövqeyinə hörmət edirəm, çünki o, əvvəllər də oxşar fikirlər bildirib, amma mənim iki sualım var: o, son 8 ildə nə ilə məşğul olub? O, Qərbə yaxınlaşmağa çalışmayıbmı?
Beləliklə, sual yaranır: o nə edirdi? Balanslı bir şey axtardığını demək yalan olardı, çünki bu belə deyildi. O, balanslı siyasət yürütmürdü, Avropayönümlü kursun tərəfdarlarından biri idi. Bəs son səkkiz ildə nə edirdi, bu tezis çərçivəsində nə edirdi?
İkincisi: 2013-cü il nümunəsi yersizdir, çünki seçilmiş hökumətiniz olduqda və hökumətiniz Brüsseldən, Moskvadan, Vaşinqtondan və ya başqa bir paytaxtdan təyin olunmadıqda, nə edəcəyinizə özünüz qərar verirsiniz. Onlar dəfələrlə bir çox məsələdə - bir gecədə deyil, bir ay ərzində - bizə atəş açmaqla, hücum etməklə, Ermənistan respublikasının kursunu bu və ya digər istiqamətdə dəyişdirməyə çalışmaqla təsir göstərməyə çalışıblar, amma uğursuz olublar, çünki Ermənistan Respublikasının seçilmiş hökuməti var”.
Müəllif: Tural
Ordu.az+39 mənbə