Ermənistan TŞ katibi və Estoniya səfiri əməkdaşlıq məsələlərini müzakirə ediblər


Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan ölkədəki Estoniya Respublikasının fövqəladə və səlahiyyətli səfiri Marqe Mardisalu-Kahar ilə görüşüb.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının Aparatı məlumat yayıb.
Məlumata görə, görüş zamanı Ermənistan və Estoniya arasında ikitərəfli münasibətlərin inkişafı və əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı məsələlər, eləcə də regional proseslər müzakirə olunub.
Qeyd edilib ki, tərəflər Ermənistan-Avropa İttifaqı münasibətlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunublar.
Alpər Mövludoğlu Ordu.az
1 mənbə
Teleqraf.az+1 mənbə