Paşinyanın müavini və Çexiya səfiri ikitərəfli iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər


Ermənistan baş nazirinin müavini Mher Qriqoryan ölkədəki Çexiya Respublikasının səfiri Petr Pirunçiklə görüş keçirib.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər ikitərəfli iqtisadi əməkdaşlıq məsələlərinə, xüsusilə ticarət, nəqliyyat, dağ-mədən sənayesi və digər sahələrdə həyata keçirilən layihələrin gedişinə toxunublar.
Qeyd edilib ki, görüş zamanı regional proseslər ətrafında da fikir mübadiləsi aparılıb.
Alpər Mövludoğlu Ordu.az
Teleqraf.az+1 mənbə