Simone Inzaqi mövsümün sonunda "Əl-Hilal"dan ayrılacaq


Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun baş məşqçisi Simone Inzaqi karyerası ilə bağlı gözlənilməz qərar verib.
Offsideplus.az xəbər verir ki, italyan mütəxəssis cari mövsümün sonunda komandanı tərk edəcəyini və klubla müqaviləsini yenilməyəcəyini açıqlayıb.
Mövsümlük 26 milyon avro dəyərindəki gəlirli sözləşməsi gələn ilin iyun ayında başa çatan təcrübəli çalışdırıcının Səudiyyə Ərəbistanındakı macərasına nöqtə qoyaraq yenidən Avropa futboluna qayıtmaq variantlarını dəyərləndirdiyi bildirilir.
İnzaqinin klubla olan mövcud sözləşməsi iyun ayında yekunlaşır və tərəflər yeni saziş barədə razılığa gəlməyiblər. Səudiyyə Pro Liqasında yüksək maliyyə şərtləri ilə çalışan məşqçinin yenidən Avropanın aparıcı liqalarında mübarizə aparmaq istədiyi vurğulanır.
