Si Tsinpin Trampı hava limanında böyük ehtişamla qarşılayıb


Çin liderinin ABŞ prezidentini şəxsən qarşılaması və onunla qucaqlaşması Pekinin Vaşinqtonla münasibətlərə verdiyi əhəmiyyəti nümayiş etdirən jest kimi qiymətləndirilir.
Yenicag.az xəbər verir ki, “Bloomberg” Agentliyinin məlumatına görə, Çin prezidenti Si Cinpin ABŞ prezidenti Donald Trampı hava limanında şəxsən qarşılayıb.
Bu, özü-özlüyündə olduqca nadir hadisədir. Tramp təyyarənin trapından enərkən iki ölkənin liderləri qucaqlaşıblar. Bu jest də əl sıxmağa üstünlük verən Si Tsinpin üçün qeyri-adi addım sayılır.
Den Syaopin hakimiyyətə gələnədək Çin liderləri adətən dost və müttəfiq ölkələrin rəhbərlərini ölkəyə gəlişləri zamanı hava limanında qarşılayırdılar. Lakin təxminən 1978-ci ildən etibarən Çin rəhbərləri xarici dövlət başçılarını hava limanında qarşılamaq ənənəsindən, demək olar ki, imtina ediblər. Belə mərasimlərdə iştirak edən ən yüksək vəzifəli şəxs, bir qayda olaraq, ölkənin vitse-prezidenti olur.
Görünür, Si Tsinpin Trampa diqqət mərkəzində olmaq imkanı yaratmağa xüsusi önəm verib. O, ABŞ prezidentini qırmızı xalçaya qədər müşayiət edib. Tramp qarşılayanları salamlayarkən iki lider yanaşı dayanıb.
Si Tsinpinin Putinlə Pekinin yaxın münasibətlərini bir daha təsdiqləməsindən cəmi bir neçə saat sonra Trampın şərəfinə təşkil edilən təmtəraqlı qarşılanma mərasimi Çinin həm Vaşinqton, həm də Moskva ilə əlaqələri inkişaf etdirmək istəyini əyani şəkildə nümayiş etdirib.
Çin sədrinin Trampı qarşılamaq üçün hava limanına şəxsən gəlməsi diplomatik baxımdan son dərəcə uğurlu gediş ola bilər. Bunun nəticələrini sammitin gedişində görmək mümkün olacaq.
Dərc vaxtına görə
Yenicag.azoxuduğunuz
Si Tsinpin Trampı hava limanında böyük ehtişamla qarşılayıb