Si Cinpin ABŞ-ni Tayvan məsələsinə görə münasibətləri gərginləşdirməkdən çəkinməyə çağırıb


Çin sədri ABŞ prezidenti Donald Trampla görüşündə Vaşinqtonun Tayvan məsələsində düzgün mövqe tutmasının və Çin-ABŞ münasibətlərində ciddi gərginliyə yol verməməsinin vacibliyini vurğulayıb.
Ordu.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
“ABŞ tərəfi Tayvan məsələsində ardıcıl şəkildə düzgün davranmalı və Çin-ABŞ münasibətlərində ciddi çətinliklərin yaranmasına yol verməməlidir”, - deyə Si Cinpin bildirib.
Görüş Şençjendə keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutub. Bu, Çin və ABŞ liderlərinin cari ildə üçüncü görüşü olub.
May ayında Trampın Çinə səfəri zamanı Pekində danışıqlar aparan liderlər sentyabrda Si Cinpinin ABŞ-yə cavab dövlət səfəri çərçivəsində Vaşinqtonda da görüşüblər.
Sevinc Əliyeva Ordu.az
1 mənbə
Konkret.az+2 mənbə