Sevgilisi ilə birlikdə öz qızına qarşı əxlaqsızlıq etmişdi - Hökm oxundu


Azərbaycan rayonlarının birində 9 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edən 1988 və 1985-ci il təvəllüdlü şəxslərin məhkəmə prosesi başa çatıb.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxs qismində hakim qarşısına çıxarılan 38 yaşlı kişi və 41 yaşlı qadın sevgili olublar.
9 yaşında bu hərəkətlə üzləşən zərərçəkmiş qız isə qadının öz doğma övladıdır.
İttiham aktına görə, 2017-ci ildə cütlük münasibətdə olan zaman azyaşlı uşağı da yataq otağına dəvət edərək, birlikdə ona qarşı seksual xarakterli zorakılıq hərəkətlər ediblər, bu azmış kimi, həmin anı videoya çəkiblər.
Hadisənin üstü illər sonra telefonda videonun tapılmasından sonra açılıb. Bundan sonra Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi açılıb, sevgili olan cütlük istintaqa cəlb olunub.
9 il sonra üzə çıxan hadisəyə görə Gəncə Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Hökmə əsasən, 38 yaşlı kişi 12 il 6 ay, uşağın anası isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
P.S. Redaksiya hadisənin həssaslığını nəzərə alaraq təqsirləndirilən şəxslərin, hadisənin baş verdiyi rayonun, o cümlədən zərərçəkmiş kimi tanınan qızın adını xüsusilə qeyd etmir.
1 mənbə
