Göyçayda maşın hasara çırpıldı - Ölən var+Foto
News24.azNews24.az

Hadisə
20 Noyabr 2026, 01:10
Göyçayda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Natəvan küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan 35 yaşlı Vasif İsmayılov ölüb, həmyaşıdı Nurlan Cəbrayılov xəsarət alıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı cinayət işi açılıb araşdırma aparılır./qafqazinfo.az
