ABŞ-də casusluqda şübhəli bilinən rusiyalı SAXLANILDI
InterpressXuraman Etibarli


ABŞ-də Palantir şirkətinin əməkdaşlarını izləməkdə şübhəli bilinən Rusiya vətəndaşı saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Rusiya vətəndaşı İqor Dyu ABŞ-də saxlanılıb. Ona Rusiyanın hakimiyyət orqanları ilə əməkdaşlıq edərək Silikon Vadisində fəaliyyət göstərən texnologiya və müdafiə şirkətinin əməkdaşlarını izləmək ittihamı irəli sürülüb.
Məlumata görə, söhbət hərbi məqsədli süni intellekt sistemlərinin hazırlanması ilə tanınan Palantir şirkətinin əməkdaşlarından gedir.
Xuraman Etibarlı
İnterpress.az
