Şəhid ailəsinə verilən Prezident təqaüdü dayandırıldı - Məhkəmə qərarı ləğv etdi


17 noyabr 2026, 15:55
Ölkə
Birinci Qarabağ müharibəsi şəhidinin həyat yoldaşı Təranə Musayevaya (ad və soyad şərtidir - red.) təyin olunan Prezident təqaüdünün dayandırılması ilə bağlı qərar məhkəmə tərəfindən ləğv edilib.
Bu barədə onun vəkili Fərid Qasımov məlumat verib.
Vəkilin sözlərinə görə, 1991-ci ildə həyat yoldaşı şəhid olan Təranə Musayevaya Prezident təqaüdü təyin edilib:
"Lakin 2025-ci ildə təqaüdün ödənişi əsassız olaraq dayandırılıb. Bundan sonra onun hüquqlarının bərpası üçün məhkəməyə müraciət edilib. Uzun müddət davam edən prosesin yekununda Şəki İnzibati Məhkəməsinin qərarı ilə iddia tələbimiz təmin edilib və şəhid ailəsinə verilən müavinətin dayandırılması barədə qərar əsassız hesab olunub.
Şəhid ailəsinə təyin edilmiş Prezident təqaüdünün bərpasına qərar verilib".
1 mənbə
