İraq dövlət aviaşirkəti Səddam Hüseynin təyyarəsini satışa çıxarıb


16 mənbə əsasında
İraqın dövlət aviaşirkəti "Iraqi Airways" Tunisin cənub-qərbində saxlanılan iki "Boeing 747" markalı təyyarəni satışa çıxarıb. Satışa çıxarılan hava gəmiləri arasında keçmiş prezident Səddam Hüseynin uçuşlar üçün istifadə etdiyi "Boeing 747SP" və 330 sərnişin tutumlu "Boeing 747-200" modelləri yer alır. Hər iki təyyarənin qiyməti 900 min dollar təşkil edir və potensial alıcıların müraciətləri dekabrın 21-dən yanvarın 5-dək qəbul olunacaq. 1982-ci ildə istehsal olunan təyyarələr mövcud texniki vəziyyətində satılır və bütün əlavə xərclər alıcıların üzərinə düşür.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Səddam Hüseynin istifadə etdiyi təyyarə SATILIR
Ajans.az xəbər verir ki, aviaşirkət Tunisin cənub-qərbində yerləşən Tozeur-Nefta Beynəlxalq Hava Limanında uzun illərdir saxlanılan iki Boeing 747 təyyarəsini satmağı planlaşdırır.Aviaşirkətin rəsmi saytında dərc olunan elana əsasən, hər iki təyyarənin ilkin satış qiyməti 900 min dollar müəyyən edilib. Satış prosesini təşkil etmək üçün İraqın Tunisdəki səfirliyində xüsusi komitə yaradılıb. Potensial alıcılardan dekabrın 21-dən yanvarın 5-dək təkliflər qəbul ediləcək.“Iraqi Airways” təyyarələrin mövcud vəziyyətdə və heç bir texniki zəmanət verilmədən satılacağını bildirib. Alıcı nəqliyyat, hüquqi rəsmiləşdirmə, gömrük və təmir xərclərini özü qarşılamalı olacaq.Satışa çıxarılan təyyarələrdən biri Səddam Hüseynin dəfələrlə istifadə etdiyi YI-ALM qeydiyyatlı Boeing 747SP-dir. Digəri isə 330 sərnişin tutumuna malik Boeing 747-200 modelidir. Hər iki təyyarə 1982-ci ildə istehsal edilərək İraqa təhvil verilib.Təyyarələrin Tunisdə qalmasının səbəbi isə 1991-ci ildə baş verən hadisələrlə bağlıdır. Həmin ilin yanvarında ABŞ və müttəfiqlərinin İraqa qarşı “Səhra Fırtınası” əməliyyatına başlamasından əvvəl İraq hakimiyyəti ölkənin sərnişin təyyarələrini mümkün hava hücumlarından qorumaq üçün xarici ölkələrə göndərmək qərarına gəlib.“Əl-Ərəbiyyə”nin məlumatına görə, iki Boeing təyyarəsi Tunisdəki Tozeur-Nefta Beynəlxalq Hava Limanına gətirilib və o vaxtdan orada saxlanılır. İraqın digər təyyarələrindən bəziləri İordaniyada dəmir-dümür kimi satılıb, beşi İranda, ən azı ikisi isə Tunisdə qalıb.Qeyd edək ki, İraq hakimiyyəti təyyarələrin satışa çıxarılması ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Tam oxu Ajans.az saytındaDərc vaxtına görə