11 yaşlı uşaq 97 kiloluq balıq tutdu


Şotlandiyada 11 yaşlı məktəbli sahildən təxminən 97 kiloqram ağırlığında nəhəng skat balığı tutub. Bu, uşaq balıqçılığı tarixində ən böyük ovlardan biri hesab olunur.
Modern.az xəbər verir ki, Evan Qrant Oban şəhərində yeni tilovla ilk dəfə balıq tutarkən nəhəng balıq onun yemindən yapışaraq, 137 metr misinanı dartıb. Bu zaman onun yanında atası Stiv və bələdçi Maykl Hanna da olub.
Uşaq balığı sahilə çıxarmaq üçün bir saatdan çox mübarizə aparıb.
Skatın ölçüləri təxminən 1,93 x 1,68 metr, çəkisi isə 97 kiloqram olub. Sahildən tutulan skat üzrə Britaniya rekordu 32 ildir dəyişməyib və 76,8 kiloqram təşkil edir.
Ölkədə ayrıca uşaq rekordu olmasa da, Elgin şəhərindən olan məktəblinin ovu böyük nailiyyət hesab olunur.
Balıq sahilə çıxarıldıqdan və fotoşəkillər çəkildikdən sonra yenidən suya buraxılıb. Uzunmüddətli mübarizədən sonra Evanın qolları yorğunluqdan ağrıyıb.
