Yəməndə humanitar böhran dərinləşir: BMT-yə təcili çağırış


Yəmənin Taiz şəhərində davam edən mühasirə səbəbindən humanitar vəziyyət ağırlaşır. Əhali ərzaq, dərman, yanacaq və içməli su çatışmazlığı ilə üzləşir.
Xitab24.az Arab News nəşrinə istinadən xəbər verir ki, Taiz qubernatoru Nabil Şəmsan Avropa İttifaqı və BMT-ni husilərə qarşı diplomatik təzyiqi artırmağa çağırıb. O, mülki şəxslərin təhlükəsiz hərəkəti və humanitar yardımların çatdırılması üçün yolların açılmasını tələb edib.
Avropa İttifaqının Yəməndəki səfiri Patrik Simonne də bölgədə ərzaq və tibbi ləvazimat ehtiyatlarının azalmasından narahatlığını bildirib. Tərəflər humanitar dəhlizin açılması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsini vacib hesab edirlər.