“Səbəbi müğənnilərdir” - Vüsalənin sözlərinə reaksiya


Aparıcı Kazım Sübhən həmkarı Vüsalə Əlizadənin prodüserlərlə bağlı açıqlamasına münasibət bildirib.
Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında paylaşım edərək prodüserlik fəaliyyətinin mahiyyətindən danışıb.
O bildirib ki, Azərbaycanda müğənnilərin gündəmi toylarının sayı ilə ölçülür. Onun sözlərinə görə, hazırda sənətçilərin əksəriyyəti özlərinə prodüser deyil, menecer axtarır ki, onlara iş tapsın:
“Prodüser ideya gətirəndir, maraqlı ideya təklif edəndir və həmin ideyanı icra edəndir.
Əgər bu gün dediyin kimi prodüser yoxdursa, bunun səbəbi bu sahənin şou-biznesdə aktual olmaması ilə əlaqədardır. Tələbat olmayan sahə heç vaxt inkişaf edə bilməz”.
