Super Liqada növbəti oyunlar keçirilib


Bu gün qadın və kişi voleybolçuların Super Liqa yarışlarında növbəti qarşılaşmalar baş tutub.
Kişi voleybolçuların Super Liqasının V turu çərçivəsində “AZERRAIL” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. GİN-in Voleybol Mərkəzində keçirilən görüş “AZERRAIL” komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qadın voleybolçuların Super Liqasının III turu çərçivəsində isə Tovuz OİK-də “Turan” və “Naxçıvan” komandaları üz-üzə gəliblər. Qarşılaşma “Turan” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, qadın voleybolçuların Super Liqasında III turun digər oyunları noyabrın 19-da, 20-də və 21-də keçiriləcək.
Oyunların nəticələri
18 noyabr
Super Liqa (kişilər)
V tur
“AZERRAIL” - “Murov Az Terminal” 3:0 (25:22, 25:20, 25:23)
Super Liqa (qadınlar)
III tur
“Turan” – “Naxçıvan” 3:0 (25:14, 25:18, 25:20)
Növbəti oyunlar
19 noyabr
Super Liqa (Qadınlar)
16:00. UNEC - “Azərmaş Abşeron”
Ünvan: UNEC VK-nın idman zalı
20 noyabr
16:00. “AZERRAIL” - “DH Volley”
Ünvan: GİN-in Voleybol Mərkəzi
21 noyabr
14:00. “Murov Az Terminal” - “Gəncə”
Ünvan: Murov Az Terminal VK-nın idman zalı
