Gözəllik qurban tələb etmir: saxta kanallar vasitəsilə messencer hesabları oğurlanır


Kaspersky-nin Qlobal təhdid tədqiqatı və təhlili qrupunun (GReAT) mütəxəssisləri məşhur kosmetika və ətir satıcılarının müştərilərini hədəf alan fırıldaqçılıq sxemini üzə çıxarıblar. Saxta "Telegram" çatında istifadəçilərə başqa bir messencerdə onların kanalına abunəlikmüqabilində bonuslar təklif edilir. Hücumçuların məqsədi istifadəçini avtorizasiya üçün məlumatlarını daxil etməyə inandırmaq, sonrasında isə bu məlumatlar vasitəsilə onun hesabına giriş əldə etmək və həmin hesabı spam göndərişləri, fişinq hücumları və ya məxfi məlumatları oğurlamaq üçün istifadə etməkdir.
"Bonus ovçuları"nı qurbana çevirən tələ. Dələduzlar potensial müştəriləri məşhur kosmetika mağazalarıqrupunu təqlid edən "Telegram" çatına dəvət edirlər. Çatda istifadəçilərə sifariş verərkən endirim əldə etmək üçün istifadə edə biləcəkləri 5000 bonus xalı vəd olunur. Bonusu əldə etmək üçün iştirakçılardan başqa bir məşhur messencerdə həmin brendin kanalına abunə olmaqistənilir və onlara fişinq saytına keçid linki təqdim edilir. Linkə daxil olan şəxs messencerdə avtorizasiya üçün saxta səhifəyə yönləndirilir – telefon nömrəsini və SMS vasitəsilə aldığı kodu daxil edərsə, məlumatlar fırıldaqçıların əlinə keçir və potensial qurbanın hesabına giriş qapısı açılır.
İnandırıcı "yem". Dələduzluq sxeminə etibarlılıq donu geyindirən onun detallarıdır. Məsələn, çatda guya bonuslarını əldə etmiş saxta müştərilərin rəyləri görünür. Bir istifadəçi" sevincək halda bonuslarını yeni toner almağa xərclədiyini bildirir, digəri isə həm özü, həm də sevgilisi üçün bonus qazandığını elan edir. İnandırıcılığıdaha da gücləndirmək üçün fırıldaqçılar əlavə uduşlar, məsələn, 8000 rubl dəyərində hədiyyə sertifikatları vəd edirlər. Bu çoxqatlı ssenari insanın sayıqlığını azaltmaq, onu tələsik və düşünülməmiş addım atmağa inandırmaqməqsədi daşıyır.
"Bu sxemdə istifadəçilər üçün brendin rəsmi domeninə uyğun gəlməyən şübhəli keçidlər, eləcə də çat vasitəsilə mesaj göndərmək imkanının olmaması həyəcan təbili çalmalıdır. Çünki, adətən, istifadəçilər icma daxilində qarşılıqlı əlaqədə ola bilirlər, lakin saxta qruplarda real insanların fırıldaqçılıq barədə şikayət etməsinin qarşısını almaq üçün bu funksiya deaktiv edilir. Bundan əlavə, böyük endirim kampaniyaları ərəfəsində bu cür fırıldaqçılıq hallarının sayı kəskin artır: yaranan ajiotaj və alıcıların pula qənaət etmək istəyi əsl fürsətə çevrilir. Məhz buna görə də, belə dövrlərdə xüsusilə diqqətli olmaq və ilk baxışdan çox sərfəli görünən təklifləri yoxlamaq lazımdır", – deyə Kaspersky GReAT-ın baş mütəxəssisi Georgi Kuçerin bildirir.
Onlayn alış-verişdə fırıldaqçıların qurbanı olmamaq üçün Kaspersky mütəxəssisləri tövsiyə edirlər:
• şəxsi məlumatları daxil etməzdən əvvəl veb-saytların həqiqiliyini yoxlayın, o cümlədən, URL-in və sayt adının düzgünlüyünə diqqət yetirin;
• şübhəli resurslara hesab məlumatlarını daxil etməyin;
• “Kaspersky Standard” kimi müstəqil sınaqlardaeffektivliyi sübut edilmiş etibarlı təhlükəsizlik həllərindən istifadə edin. Xüsusilə fişinq kimi mürəkkəb kibertəhdidlərə qarşı hərtərəfli qorunma təmin etmək üçün Kaspersky həllərinin imkanlarını davamlı olaraq artırır, o cümlədən süni intellekt texnologiyalarının bu istiqamətdə tətbiqini genişləndirir.
1 mənbə
