Sazı sussa da, xatirəsi danışır: Aşıq Yediyarın ANIM GÜNÜDÜR


Maqazin
18 Noyabr 2026, 16:33
130 baxış
Ağır xəstəliklə sona qədər mübarizə aparsa da, xərçəngə güc gələ bilmədi. Həyatının son günlərini süni nəfəs aparatına qoşulu vəziyyətdə yaşamalı oldu və ötən ilin bu günü elə xəstəxana palatasında da həyatla vidalaşdı.
Yenicag.az xəbər verir ki, 18 noyabr Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovun xatirə günüdür.
Çoxşaxəli yaradıcılıq dünyasına malik idi. Həm teatrda tamaşalarda oynayır, həm filmlərdə bir-birindən maraqlı obrazları canlandırır, həm də telli sazını sinəsinə basıb bu dünyanın dərdini-sərini, problemlərini özünəməxsus şirinliklə dilə gətirirdi. Xalqın ürəyindən xəbər verirdi. Çoxu onu ANS telekanalının “Qulp” verilişindən tanıyıb sevmişdi. Elə bir çoxumuzun yaddaşında da Aşıq Yediyar kimi qalmışdı. Bu gün telli sazı sussa da, yaratdığı obrazlar danışır. Hər dəfə o filmlər, o tamaşalar ekranda göstəriləndə aktyor ömrünün heç vaxt bitmədiyinin şahidi oluruq.
Elə gedən yalnız aktyorun cismi oldu… Aşıq Yediyarın işıqlı xatirəsi bu gün də sevənlərinin qəlbini isidir.
Cəvahir
Lent.az+1 mənbə