Samuxda gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib - Baku TV
Baku TVAtakişizadə Əfsanə


Samuxda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Qədili kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan nəqliyyat vasitəsi idarəetmədən çıxıb. Nəticədə, minik maşını yolun kənarına aşıb.
Qəza zamanı Daşkəsən rayon sakini, 1994-cü il təvəllüdlü Aslanov İlyas İlham oğlu hadisə yerində həyatını itirib. 1981-ci il təvəllüdlü Məmmədov Əziz Kamran oğlu isə müxtəlif bədən xəsarətləri alıb. Həmin şəxslərin yaxınlıqdakı ərazidə yerləşən fermada çobanlıq etdiyi bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.
