Salyanda fermerlərin pambıq pulu niyə ödənilmir? | Şirkət ödənişi niyə gecikdirir? - Baku TV


Sabirabad, Salyan və Neftçala rayonlarından olan fermerlər bildirirlər ki, pambığın əkini, becərilməsi və yığımı üçün bütün imkanlarını səfərbər ediblər. Texnika, yanacaq, gübrə, dərman və fəhlə xərclərini qarşılamaq üçün banklardan kredit götürüblər. Lakin məhsulu təhvil verdikdən sonra pullarını ala bilməmələri onları çıxılmaz vəziyyətə salıb.
Fermerlər yaranmış problemlə bağlı Baku TV-nin qaynar xəttinə müraciət ediblər.
“Haraya müraciət edək? Bir qəpik də olsun, bunlardan pul ala bilməmişik. Əsir-yesirik ortalıqda”, – fermerlərdən biri bildirib.
“176 fermerin “Salyan Aqropark”dan təxminən 3 milyon manata yaxın alacağı var. Həmin pulu bu camaat gözləyir. Artıq növbəti il başlayıb. Keçən ilin məhsuluna görə ödəniş almadığımız üçün builki təsərrüfat ilində çətinlik çəkmişik. Fermerlərin hamısı məcbur olub banklardan kredit götürüb”, – digər fermer deyib.
1 mənbə
