Sakinlərin istirahət etdiyi parka indi zibillər atılır - VİDEO


21:10 • 17 Noyabr 20261 dəq oxu
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Bu parkdakı ağacların yarım əsrdən çox yaşı var. Amma park natəmiz vəziyyətdədir.
Xezerxeber.az-ın xəbərinə görə, söhbət paytaxtın Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində yerləşən Gülüstan parkından gedir. Əraziyə məişət tullantıları atılıb, parkın içərisindən keçən tullantı su xətlərində isə daşmalar müşahidə olunur.
Tullantı suları borular vasitəsilə deyil, açıq şəkildə yerin altına axıdılır. Parkın ərazisindəki xoşagəlməz mənzərə sakinləri də narahat edir.
"Park Bakıxanov" sakinləri üçün olduqca əlverişli ərazidə yerləş sə də, burada gəzintiyə çıxan kimisə tapmaq qeyri-mümkündür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
© xezerxeber.az
