Sabunçu sakinlərinin yağış dərdi | Su altında qalan yollar nə vaxt qurudulacaq? - Baku TV


Sabunçu rayonu, Qəzənfər Musabəyov küçəsinin sakinləri yaşadıqları ərazidə yağış sularının yaratdığı problemlə bağlı Baku TV-nin qaynar xəttinə müraciət ediblər.
Onların sözlərinə görə, kanalizasiya xəttində yaranan problem nəticəsində küçəni su basıb, hərəkət etmək çətinləşib.
Sakinlər bildirirlər ki, problem uzun müddətdir davam edir. Küçədə yığılan suyun səviyyəsi getdikcə yüksəlir və artıq evlərin həyətlərinə daxil olmağa başlayıb. Bu vəziyyət xüsusilə məktəbə gedən uşaqların, yaşlı insanların və qadınların hərəkətini çətinləşdirir.
Onların sözlərinə görə, əraziyə təcili tibbi yardım briqadası çağırmaq, eləcə də taksi xidmətindən istifadə etmək də mümkün olmur.
“Hər dəfə yağış yağanda vəziyyət bu həddə çatır. Belə şey olar?!”, – sakinlərdən biri bildirib.
“Güclü yağış yağan kimi bütün qapılar bağlanır. Aidiyyəti qurumlar haraya baxır?!”, – başqa bir sakin deyib.
1 mənbə
