"Sabah" Bakıda "Trabzonspor"a şans vermədi


"Sabah" FIBA Çempionlar Liqasında növbəti oyununu keçirib.
AzB.az xəbər verir ki, Bakıda, Milli Gimnastika Arenasında "Trabzonspor"u qəbul edən təmsilçimiz 91:72 hesabı ilə inamlı qələbə qazanıb.
Bu nəticədən sonra hər iki komandanın aktivində 2 qələbə və 2 məğlubiyyət var.
"Sabah" növbəti matçını dekabrın 9-da Fransanın "Nanter" klubuna qarşı keçirəcək.
