Rusiyada dağda iki məktəbli qızın cəsədi tapılıb


Rusiyanın Tatarıstan Respublikasında Puzanka dağında iki 16 yaşlı məktəbli qızın cəsədi tapılıb.
Xitab24.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Mamad rayonunda baş verib.
Müstəntiqlər dağda cəsədləri tapılan iki 16 yaşlı məktəbli qızın ölümünün səbəblərini araşdırırlar. REN TV isə qızların məktəbdə zorakılığa məruz qaldığını bildiriblər.
Məktəbli qızların cəsədləri məhkəmə-tibbi ekspertizaya göndərilib.