Rusiya Kiyevi vurdu - Bu ölkələrin səfirlikləri ziyan gördü


Rusiyanın Kiyevə hücumu zamanı Niderland və Avstriya səfirliklərinə ziyan dəyib. Hər iki ölkənin hökumətləri itki olmadığını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.
Qeyd olunur ki, hücumlardan sonra hər iki ölkənin səfirlikləri bəyanat yayıb və Rusiyanın hücumunu qınayıb.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa onu da bildirib ki, cümə axşamı Kiyevə hücum zamanı Rusiyaya məxsus pilotsuz təyyarənin qalıqları Braziliya səfirliyinin ərazisinə düşüb. O, binaya zərər dəymədiyini və heç kimin xəsarət almadığını bildirib.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, cəmi bir gündə Rusiya təyyarələrinin Ukrayna paytaxtına endirdiyi zərbələr nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb. Yaşayış və qeyri-yaşayış binaları, eləcə də yanğınsöndürmə və xilasetmə bölməsi zərər görüb. Yanan altımərtəbəli binadan bir yeniyetmə də daxil olmaqla iki nəfər xilas edilib. Dağıntılar həmçinin Müqəddəs Volodimir Katedralının və avtomobillərin şüşələrinə də zərər vurub.
Ukraynanın digər bölgələrində də ölən və yaralananlar olub.
