Aparıcı Rövşanə Ağasəfqızı sosial şəbəkələrdə yayılan mübahisəli videolara sərt reaksiya verib


5 mənbə əsasında
Tanınmış aparıcı Rövşanə Ağasəfqızı sosial şəbəkə platformalarında müzakirələrə səbəb olan görüntülərlə bağlı narazılığını dilə gətirib. Onun diqqətini qadınların maddi müqabilində spirtli içki qəbul etməsini əks etdirən kadrlar cəlb edib. Aparıcı hər şəxsin öz əməlinə görə cavabdeh olduğunu desə də, belə halların ictimaiyyətə nümayiş etdirilməsini qəbuledilməz adlandırıb. O, əxlaqi dəyərlərə zidd məzmunlar hazırlayan və yayan şəxslərin qanun qarşısında məsuliyyətə cəlb olunmalı olduğunu bildirib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Rövşanə Ağasəfqızı: "Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır” (Foto)
Aparıcı Rövşanə Ağasəfqızı sosial şəbəkələrdə yayılan mübahisəli video ilə bağlı mövqeyini açıqlayıb. Mediaxeberleri.Az xəbər verir ki, bir qrup qadının pul müqabilində spirtli içki qəbul etdiyi kadrlar aparıcının da diqqətini çəkib. Rövşanə Ağasəfqızı bu cür görüntülərin çəkilərək ictimaiyyətə təqdim olunmasını yolverilməz hesab etdiyini bildirib. O, paylaşımında hər kəsin şəxsi davranışına görə özü məsuliyyət daşıdığını, lakin əxlaqi dəyərlərə zidd hesab etdiyi hərəkətlərin cəmiyyətə nümayiş etdirilməsinə qarşı olduğunu vurğulayıb. Aparıcı xüsusilə belə məzmunu hazırlayıb yayanların məsuliyyətə cəlb edilməli olduğunu qeyd edib: "Beş manat pula görə ağzına nə gəldi dürtən və danışanların görüntüsü niyə mənim qarşıma çıxmalıdır axı? Kim nə edir özü bilər. Əxlaqına, tərbiyəsinə özü cavabdehdir. Amma tərbiyəsizliyini və əxlaqsızlığını cəmiyyətə sırıyanlar, ətrafa yayanlar, bunu çəkib paylaşanlar cəzalandırılmalıdır".
Tam oxu Media Xəbərləri saytındaDərc vaxtına görə
