Ronaldu və Feliks Yaxın Şərqin ən yaxşı futbolçusu adına namizəddir


Globe Soccer Awards sosial şəbəkə hesabında 2026-cı il üzrə “Yaxın Şərqin ən yaxşı futbolçusu” mükafatına namizədləri açıqlayıb.
Son siyahıya 10 futbolçu daxil edilib. “Əl-Nəsr”in oyunçuları Joau Feliks, Sadio Mane və Kriştiano Ronaldu namizədlər sırasındadır.
“Əl-Qadisiyə”dən Musab Əl-Cuveyir və Xulian Kinyones, “Əl-Hilal”dan Yassin Bono və Ruben Neveş də mükafat uğrunda mübarizə aparacaq. “Əl-Əhli”ni Eduard Mendi və Ayvan Toni, “Əl-Ayn”ı isə Sufyan Rahimi təmsil edir.
Globe Soccer Awards futbolçular, məşqçilər, klublar, agentlər və futbolun digər nümayəndələrini ilin yekunlarına əsasən mükafatlandıran illik mərasimdir. Tədbir ənənəvi olaraq dekabrın sonunda BƏƏ-nin Dubay şəhərində keçirilir.
1 mənbə
