Cud Bellinqem “Real Madrid”in oktyabr ayı üzrə ən yaxşı futbolçusu seçilib


“Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem oktyabr ayının yekunlarına əsasən komandanın ən yaxşı futbolçusu adına layiq görülüb.
90deqiqe.Az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.
İngiltərə millisinin üzvü ötən ay La Liqada üç oyunda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin Çempionlar Liqasında “Roma” və “RB Leypsiq” üzərində qazanılan qələbələrdə komandasına kömək edib.
Qeyd edək ki, İspaniya çempionatında 12 turdan sonra “Real Madrid” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Madrid təmsilçisi lider “Barselona”dan üç xal geri qalır.
Komanda növbəti matçını doğma meydanda “Selta”ya qarşı keçirəcək.
1 mənbə
