Flik “Barselona”da komanda ruhunu yüksəltmək üçün addım atıb


“Barselona”nın baş məşqçisi Hans-Diter Flik milli komandaların oyunları ilə bağlı fasilə başa çatmazdan əvvəl məşqçi heyətini və klub əməkdaşlarını bir araya gətirib.
90deqiqe.Az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb.
Almaniyalı mütəxəssis cümə axşamı məşqçilər korpusu və klub əməkdaşları üçün Barselonadakı restoranlardan birində birgə nahar təşkil edib. Flik hesab edir ki, belə görüş komandanın qarşıdakı oyunlarda daha yaxşı nəticələr göstərməsinə müsbət təsir edə bilər.
Kataloniya təmsilçisini La Liqada “Vilyarreal”, Çempionlar Liqasında isə “Sabah”la qarşılaşmalar gözləyir.
Qeyd edək ki, İspaniya çempionatının 13-cü turu ərəfəsində “Barselona” turnir cədvəlinə başçılıq edir. Kataloniyalılar ikinci pillədəki “Real Madrid”i üç xal qabaqlayırlar.
