Ronaldinyo 11 ildən sonra rəsmi oyuna çıxıb


Braziliyalı sabiq yarımmüdafiəçi Ronaldinyo 11 illik fasilədən sonra ilk rəsmi oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, 46 yaşlı futbolçu İtaliyanın üçüncü divizionunda çıxış edən "Ravenna"nın heyətində meydana çıxıb. O, "Forli"yə qarşı keçirilən matçda start heyətində yer alıb və 36-cı dəqiqədə qol vəziyyətinin yaradılmasında iştirak edib. Ronaldinyo topu rəqibdən qoruyaraq Lorenzo Lonardiyə ötürüb, o isə Culio Donatiyə assist edib.
Qeyd edək ki, Ronaldinyo 2026-cı ilin yayında "Ravenna" ilə müqavilə imzalayıb və klubun səhmlərinin bir hissəsini əldə edib. O, ilk oyunu barədə belə deyib: "Azarkeşlərə yenidən sevinc bəxş edə bildiyim üçün xoşbəxtəm. Bu, mənim və digər futbolçular üçün təkrarolunmaz bir andır."
