Rio Ngumoa: "Keynin Qızıl topu hamımız üçün motivasiyadır"


İngiltərə millisinin və "Liverpul"un 18 yaşlı yarımmüdafiəçisi Rio Ngumoa Harri Keynin "Qızıl top"u qazanmasının onu və digər futbolçuları daha yaxşı olmağa ruhlandırdığını bildirib.
Offsideplus.az xəbər verir ki, Ngumoa bu uğurun İngiltərə futboluna böyük təsir etdiyini vurğulayıb: "Keynin qələbəsi hamımız üçün motivasiya oldu. Hər kəs gördü ki, aramızdan biri "Qızıl top"u qazandı və bu, bir çoxunu dünyanın ən yaxşı futbolçusu olmağa sövq edir. Mən də buna nail olmaq istəyirəm və düşünürəm ki, bacararam. Açığı, Keynlə çox ünsiyyətim olmayıb. Komandaya yeni gələndə bir az utancaq idim, kənarda dayanırdım. Sonra məni qəbul etdilər və mən sadəcə onun və digər futbolçuların necə məşq etdiyini izlədim. Xüsusilə Keynin hücumları necə tamamladığına baxırdım. Onun niyə qalib gəldiyini və niyə dünyanın ən yaxşı hücumçusu adlandırıldığını başa düşmək olur. O, təkcə məni deyil, bütün gənc futbolçuları və yəqin ki, İngiltərə millisinin hər bir üzvünü ruhlandırır. Keyn əla insandır".
