Azərbaycanın U-19 qızlardan ibarət millisi təlim-məşq toplanışına başlayıb


19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsinin I raunduna hazırlıq məqsədilə təlim-məşq toplanışına start verilib.
AFFA-nın mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, noyabrın 18-dən etibarən Dalğa Təlim-Məşq Mərkəzində keçirilən hazırlıq prosesinə 20 futbolçu cəlb olunub.
Serbiyada təşkil ediləcək seçmə mərhələ oyunlarına hazırlıq məqsədi daşıyan toplanış noyabrın 23-dək davam edəcək.
Dərc vaxtına görə
90deqiqe.azoxuduğunuz
Azərbaycanın U-19 qızlardan ibarət millisi təlim-məşq toplanışına başlayıb
