Rio Ferdinand: "Mançester Yunayted" biabırçı vəziyyətə düşüb


İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq müdafiəçisi Rio Ferdinand klubun baş məşqçisi Maykl Kerrikin istefasına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Ferdinand "Mançester Yunayted"in hazırkı vəziyyətini kəskin tənqid edib: "Bu, artıq yorucu hal alıb – özünüzü klubun futbolçularının yerinə qoyun. "Mançester Yunayted" haqqında yaxşı heç nə demək mümkün deyil. Onlara diqqət yetirilir, amma bu, istədikləri diqqət deyil. "Yunayted" biabırçı vəziyyətə düşüb. Onlar Kerriki daha düzgün şəkildə yola sala bilərdilər, amma məlumat sızmaları hörmətsizliyi daha da artırır. Bu, həm Kerrikə, həm də ailəsinə təsir edir. Hətta onun uşaqları belə bunu hiss edəcək. Hörmət – ən azı layiq olduğu budur".
Qeyd edək ki, bu, Ineos dövründə artıq üçüncü baş məşqçi istefasıdır.
