Reytinq: milli 3 pillə irəlilədi
Futbolpress.azŞahin Cəfərov


FIFA milli komandaların reytinq cədvəlini açıqlayıb.
Futbolpress.az xəbər verir ki, Azərbaycan yığması ötən siyahı ilə müqayisədə üç pillə irəliləyib. Milli 1145.18 xalla 124-cü sırada qərarlaşıb.
Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Millətlər Liqasında 4 oyundan sonra 8 xalla qrup lideri olub.
Reytinqə 2004.48 xalla İspaniya başçılıq edir.
