İnfantinonun dünya çempionatını satmaq istədiyi MƏBLƏĞ


FIFA prezidenti Canni İnfantino ABŞ-dən olan milyarder Kuşnerlər ailəsi ilə dünya çempionatının yayım hüquqlarının satışı barədə 10 ay ərzində qapalı danışıqlar aparıb.
Sportify.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Mümkün sövdələşmənin dəyəri təxminən 15 milyard funt sterlinq (17,9 milyard avro) həcmində qiymətləndirilib. Məlumata görə, əlaqələr ötən ilin sentyabr ayının ortalarında İsveçrənin Sürix şəhərində başlayıb. Noyabrın 4-də İnfantino ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerlə görüşüb.
Daha sonra FIFA rəhbəri danışıqları Cared Kuşnerin qardaşı Coşua Kuşnerlə davam etdirib. Sonuncu təşəbbüsün əsas investorlarından biri kimi təqdim olunub. Növbəti aylarda Kuşnerlər ailəsinin nümayəndələri ilə azı 10 görüş keçirilib.
Lakin sonradan FIFA tənqidlərə səbəb olan FIFA Forward Enterprise layihəsinin bağlandığını və artıq müzakirə edilməyəcəyini açıqlayıb.
Canni İnfantinonun bəyanatında isə bu sözlər yer alıb: “Layihə fikir ayrılıqlarına səbəb oldu və təklif həyata keçirilməyəcək”.

Report+3 mənbə