Respublikaçılardan Trampa zərbə - Namizədlərini bloklamağa hazırlaşırlar


ABŞ Senatındakı respublikaçılar Prezident Donald Trampın Pentaqonda mühüm vəzifələrə irəli sürdüyü ən azı iki namizədin təyinatını bloklamağa hazırlaşırlar.
Demokrat.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti hazırkı və keçmiş rəsmilərə istinadən məlumat yayıb.
Söhbət Pentaqonun siyasət idarəsində strategiya, planlaşdırma və imkanlar üzrə rəhbər və onun müavini vəzifələrinə namizəd göstərilən Ostin Damer və Aleks Veles-Qrindən gedir.
Nəşrin məlumatına görə, hər iki şəxs bir ildən çox əvvəl namizəd göstərilsə də, Ağ Ev administrasiyasının aylarla davam edən səylərinə baxmayaraq, kifayət qədər dəstək qazana bilməyib. Bu səbəbdən onların namizədliklərinin Senatın cari ildə nəzərdən keçirəcəyi yekun siyahıya daxil edilməyəcəyi gözlənilir.
Qəzet yazır ki, bu vəziyyət Respublikaçılar Partiyası daxilində siyasi fikir ayrılıqlarını daha da dərinləşdirə bilər. Bununla yanaşı, Tramp administrasiyasının ABŞ Quru Qoşunları və Hərbi Dəniz Qüvvələrinin rəhbər vəzifələrinə irəli sürdüyü namizədlər də müqavimətlə üzləşib. Həmçinin müdafiə xərcləri üçün yüz milyardlarla dolların ayrılması ilə bağlı müraciətin taleyi qeyri-müəyyən olaraq qalır.
Nəşr yekunda onu da bildirib ki, respublikaçılar arasında artan fikir ayrılıqları artıq təkcə Pentaqondakı kadr təyinatlarına deyil, ordunun maliyyələşdirilməsinə də təsir göstərir.
1 mənbə
Report+1 mənbə