Məktəblilər ekskursiya zamanı 1900 illik qədim sikkə tapdılar - Foto


İsrailin Yerusəlim dağlarında ekskursiyada olan üç 10 yaşlı məktəbli təxminən 1900 il yaşı olduğu ehtimal edilən qədim sikkə aşkar edib.
Bizim.Media xəbər verir ki, uşaqlar Sataf ərazisində qədim kənd təsərrüfatı terraslarından birində hava üfürən cihazla oynayarkən sikkəni görüblər.
İsrail Qədim Əşyalar İdarəsinin ilkin qiymətləndirməsinə görə, sikkə eramızın 117–138-ci illərində hakimiyyətdə olmuş Roma imperatoru Adrianın dövründə zərb edilmiş ola bilər. Onun dəqiq yaşını ekspertiza müəyyənləşdirəcək.
Sikkəni tapan oğlan əvvəlcə bu “xəzinəni” özündə saxlamaq istəyib.
Lakin qrupu müşayiət edən bələdçi və arxeologiya tələbəsi ona belə tapıntıların mütəxəssislərə təhvil verilməsinin əhəmiyyətini izah edib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play
Report+1 mənbə