Rəsmi Tehran İranın kimyəvi silahlardan istifadə edəcəyi barədə CNN-in xəbərini təkzib edib


18 Noyabr 2026 12:38
302
DÜNYA
Rəsmi Tehran CNN-nin İranın kimyəvi silahlardan istifadə edəcəyi barədə xəbərini təkzib edib.
AZƏRTAC rəsmi IRNA agentliyinə istinadla xəbər verir ki, İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi İranın kimyəvi silahların ən böyük qurbanlarından biri olduğunu vurğulayıb.
Qəribabadi “X” platformasında paylaşımında qeyd edib ki, İranın Vaşinqtona qarşı kimyəvi silahdan istifadə etməyi planlaşdırdığı barədə CNN-in iddiası yalan və tarixin təhrif olunmasıdır. O, İranın kimyəvi silahların ən böyük qurbanlarından biri olduğunu qeyd edib. XİN rəsmisi əlavə edib ki, əvvəllər ABŞ-nin dəstəyi ilə bu qeyri-insani silahlardan dəfələrlə istifadə olunub. Nazir müavinin sözlərinə görə, kimyəvi silahlardan istifadə təbliğat müharibəsinin mövzusuna çevrilməməlidir.
İranın BMT-dəki daimi nümayəndəliyi də bu məlumata münasibət bildirərək qeyd edib ki, CNN-in guya “çirkli bomba” haqqında uydurma hekayəsi gələcəkdə təcavüz və müharibə cinayətləri üçün bəhanələr yaratmaq məqsədilə hazırlanmış dezinformasiya kampaniyasının bir hissəsidir. “İran bu əsassız iddiaları qəti şəkildə rədd edir. Heç bir təbliğat və ya dezinformasiya təcavüzü gizlədə, müharibə cinayətlərini qanuniləşdirə və ya bu cür dəhşətli cinayətlərin törədilməsində məsul olanları bəraət qazandıra bilməz”.
Daimi nümayəndəlik, həmçinin “The New York Times” qəzetində yer alan İranın su bəndlərini və mülki su infrastrukturunu hədəf alacağı barədə iddiaları da təkzib edib: “Mülki bəndlərə və su infrastrukturuna qarşı hər hansı hücum beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması və müharibə cinayəti hesab olunur”.
Digər Xəbərlər
Faydalı linklər
ÇOX OXUNANLAR
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
TƏQVİM / ARXİV
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu. Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu. Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir! Hələ də dünyada ədalətsizliklər mövcuddur! Hələ də dünyada ikili standartlar var! Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir! Odur ki, biz daima güclü olmalıyıq. Güclü olmağın əsas şərti isə bizim birliyimizdir! Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq. Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq. Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik. Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir. Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!