Böyük Britaniya soyqırım törətməkdə təqsirli bilinən Myanmanın hərbi attaşesini ölkədən çıxaracaq


Böyük Britaniyanın xarici işlər naziri Ed Miliband BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) Myanmanın rohincalara qarşı soyqırımı törətdiyinə dair qərarını tarixi hadisə kimi qiymətləndirib.
Miliband bildirib ki, qərarla əlaqədar Myanmanın Londondakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb, ölkənin Londondakı hərbi attaşesinin isə Böyük Britaniyadan çıxarılması barədə qərar qəbul edilib.
Nazir əlavə edib ki, London Myanma rejiminə qarşı mövcud sanksiyaları davam etdirməklə yanaşı, məsələni müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini də tələb edir.
Miliband yaxın günlərdə məsul şəxslərin cavabdehliyə cəlb olunması üçün əlavə tədbirlərin açıqlanacağını bildirib.
Dərc vaxtına görə
