Rednapp: "Pochettino üçün 'Mançester Yunayted'də ən yaxşı vaxtdır"


Tanınmış ingilis mütəxəssisi Harri Rednapp Maurisio Poçettinonun "Mançester Yunayted"ə baş məşqçi təyin olunmasına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Rednapp bu addımı müsbət qiymətləndirib və Poçettinonun klub üçün doğru zamanda gəldiyini vurğulayıb: "Biri mənə dedi ki, bu işə başlamaq üçün dəhşətli zamandır. Mən isə cavab verdim ki, 'Mançester Yunayted'ə gəlmək üçün bundan yaxşı vaxt ola bilməz. Klub hazırda dərin böhrandadır və yalnız bir yol var – yuxarıya doğru. Bu, Devid Moyesin Aleks Ferqyusondan sonra gəlməsi kimi deyil. Moyes əla məşqçidir, amma Ferqyusonun ardınca getmək mümkünsüz idi. Poçettino isə tam xaos içində olan bir kluba gəlir və onu yalnız irəli aparmaq mümkündür. Mən onu bəyənirəm, Poçettino həm gözəl insan, həm də oyunu yaxşı anlayan ağıllı məşqçidir. Əminəm ki, yaxşı nəticələr göstərəcək. Amma 'Mançester Yunayted'i arzulanan səviyyədə görmək üçün hələ iki-üç il vaxt lazımdır".
1 mənbə
