"Real"ın yay transfer dövrü üçün əsas hədəfi bəlli olub


“Real Madrid”in 2027-ci ilin yayı üçün əsas hədəfi bəlli olub.
Offsideplus.az xəbər verir ki, rəhbərlik yay transfer pəncərəsində yeni mərkəz müdafiəçisi transferini əsas hədəf kimi müəyyənləşdirib.
Klub rəhbərliyi transfer ediləcək futbolçunun profili ilə bağlı iki fərqli mövqeyə bölünüb. Bir qrup yüksək səviyyəli klublarda çıxış təcrübəsi olan, özünü sübut etmiş müdafiəçinin alınmasını istəyir.
Digər tərəf isə “Real Madrid”də inkişaf etdirilə biləcək perspektivli gənc futbolçuya üstünlük verir.
