“Mançester Yunayted”ə ilk təklifini göndərməyi planlaşdırırlar


“Mançester Yunayted”in yarımmüdafiəçisi Meyson Maunt “Napoli”nin maraq dairəsinə düşüb.
Sportinfo.az xəbər verir ki, bu barədə “Tuttomercatoweb” məlumat yayıb.
Neapol təmsilçisi qış transfer dönəmində 27 yaşlı futbolçu ilə bağlı “Mançester Yunayted”ə ilk təklifini göndərməyi planlaşdırır. Bununla da, İtaliya klubu qarşı tərəfin transferə münasibətini öyrənmək istəyir.
İngiltərəli yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 10 oyuna çıxıb və 1 qol vurub. Onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
“Transfermarkt” portalı Mauntun dəyərini 25 milyon avro qiymətləndirir.
Onun transferində maraqlı olan “Napoli” Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turunda, yanvarın 20-də “Sabah”ın qonağı olacaq.
